Teleqraf.com xəbər verir ki, Maksim Qalkin səhnəyə çıxaraq Alla Puqaçovanın repertuarından məşhur “Arlekino” mahnısını səsləndirdi. O, ifasını başa çatdırdıqdan sonra yüksək qonaqpərvərliyə, bu möhtəşəm tədbirə və gecəyə görə təşkilatçılara təşəkkürünü bildirdi, hər dəfə Bakıya böyük həvəslə gəldiklərini vurğuladı.
Sonra səhnəyə çıxan Kristina Orbakayte, Filip Kirkorov, Layma Vaykule Alla Puqaçovanın repertuarından mahnılar ifa etdilər.