13 May 2018 02:55
2 330
12 Punto 14 Punto 16 Punto 18 Punto

Portuqaliyanın paytaxtı Lissabonda keçirilən "Avroviziya" mahnı müsabiqəsi başa çatdı.

Teleqraf.com xəbər verir ki, yarışmanın qalibi İsrail təmsilçisi Netta olub. 25 yaşlı müğənni "Toy" mahnısı ilə 529 xal toplayıb.
Kipr 436, Avstriya isə 346 xalla müsabiqədə ikinci və üçüncü yerləri qazanıblar.

43 ölkənin qatıldığı 63-cü "Avroviziya"da Azərbaycan təmsilçisi Aysel Məmmədova "X my heart" mahnısı ilə çıxış edib. O, finala keçə bilməyib.

64-cü "Avroviziya" gələn il İsraildə keçiriləcək.


Müəllif: Teleqraf.com