İyunun 30-da Bakıda qədim ruhsal musiqilərdən ibarət konsert təşkil olunacaq.
Teleqraf.com xəbər verir ki, konsert tamaşaçıları daxili dünyalarının dərinliyinə aparacaq, onların zövqünü oxşayacaq.
Konsertin təşkilatçıları bildirib ki, sanskrit və Azərbaycan dilində bəstələnmiş kompozisiyalar yaradanı və ilahi qüvvəni tərənnüm edir: “Musiqiçi Yogaddin öz dostları ilə insanları hüzur dolu bir aləmə səyahət etdirəcək.
Konsertdə Yogaddin (Vocal , Qarabağ kamanı), Həsən (Drums & Percussions), Elvin İsmayıllı (Tar, Varqan), Ülviyyə (Back vocal), Fidan (Piano) çıxış edəcəklər.
Konsert saat 17:00 “ETUD Cafe&Bar”da təşkil olunacaq.