5 İyul 2018 17:53
2 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın şeirinə növbəti mahnı bəstələnib.

Teleqraf.com-un məlumatına görə, “Mən səni sevirəm” adlı mahnını Leyla Əliyeva özünün İnstaqran səhifəsində izləyicilərinə təqdim edib.

Yeni mahnının ifaçısı mərhum energetika naziri Natiq Əliyevin nəvəsi Aliyə Əliyevadır. Leyla Əliyevanın şeirinə musiqini isə Nigar Həbibova bəstələyib.

Xatırladaq ki, Aliyə Əliyevanın anası Sara Axundova bu yaxınlarda Teleqraf.com-a müsahibəsində qızını müğənni olacağı təqdirdə dəstəkləyəcəyini söyləmişdi: “Qızımın 14 yaşı var, mənim dostum kimidir, hansı sahəyə meyl etsə, onu dəstəkləyəcəyəm. Musiqini, mahnı oxumağı xoşlayır, desə ki, müğənni olmaq istəyirəm, bunun üçün də ona dəstək verməyə hazıram”.


Müəllif: Teleqraf.com