Sentyabrın 20, 21 və 22-si tarixlərində Şanxayda Asiya musiqisi festivalı keçirilib.
Teleqraf.com-un məlumatına görə, azərbaycanlı xanəndə Qoçaq Əsgərov Fransanın tanınmış caz ifaçısı Pier De Txeqomani ilə birgə festivalda cazla muğamın sintezini təqdim ediblər.
Proqramda “Bayatı- kürd”, “Rast”, “Şur” muğamı, “Sarı gəlin” xalq mahnısı, “Şelter”, “Kondoktor”, “Old star” əsərləri yer alıb. Hər iki ifaçını Ələsgər Məmmədov (tar), əməkdar artist Kamran Kərimov (nağara), Vasif Hüseynzadə (pianino) müşayiət ediblər.
Festivalın ilk günü, izdihamla keçən çıxışın ardınca, tamaşaçılar onları alqışları ilə yenidən səhnəyə qaytarıblar.
Bu dəfə onlar Fikrət Əmirovun “Kor ərəb” mahnısını tamaşaçılarla birgə səsləndiriblər.
Qeyd edək ki, Çində fəaliyyət göstərən nüfuzlu Fransa İnstitutu sözügedən festivala böyük dəstək olub.