15 Oktyabr 2018 19:10
1 845
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elçin Cəfərov onu tənqid edən muğam ifaçılarının cavabını verib.

Teleqraf.com-un məlumatına görə, ifaçı bununla bağlı sosial şəbəkədə status yazıb:

"Səmimi, zarafatyana deyilmiş, içində heç bir təhqir olmayan, doğru sözümün xanəndələr tərəfindən belə aqressiv qarşılanacağını düşünməzdim. Mən heç kəsin sənəti ilə bağlı heç bir fikir bildirmədim.

Hörmətli Babək Niftəliyev, sizin sözünüzdən belə çıxır ki, dövlət tərəfindən verilmiş ada sahib olan sənətçilər istədikləri sözü hər hansı bir sənətçiyə rahatlıqla deyə bilər? Mən "kimsə" yox, uşaqlıqdan səhnədə xalqımın zövqünü oxşayan və çox şükür ki, hər baxımdan özümü təsdiqləmiş bir sənətçiyəm.

Hörmətli paralel sinif yoldaşım İlkin Əhmədov, xatırladım ki, mənim musiqi təhsilim muğam üzrədir və biz yaşıdıq. Sənətimin kiçikliyinə və böyuklüyünə isə sən yox, xalq qərar verə bilər.

Hörmətli Zakir Əliyev, mənə verilən sual əsasında öz fikrimi söylədim və heç kimin də xətrinə dəyəsi söz demədim, lakin siz bunu birbaşa sənətə bağlayırsınız. Siz özünüz də yaxşı bilirsiniz ki mənim sənətim var, yoxsa yoxdur.

Əlavə olaraq qeyd etmək istəyirəm ki, mən Tükəzban İsmayılova, Mələkxanım Əyyubova, Tələt Qasımov və İslam Rzayevdən muğam təhsili almışam. Heç kəslə qarşı-qarşıya oxumaqdan da çəkinmirəm. Bu mehribançılığınız və birliyiniz məni çox sevindirdi".

Qeyd edək ki, Elçininin “Saçlarına xına qoyan kişi xanəndələr yaxşı görsənmir” deməsi qalmaqala səbəb olmuşdu. Xanəndələr mətbuata açıqlama verərək, ifaçının ünvanına tənqidlər yağdırmışdılar.


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər