Bu gün xanəndə Səxavət Məmmədovun anadan olduğu gündür.
Teleqraf.com-un məlumatına görə, mərhum sənətkar 1953-cü il oktyabrın 23-də Ağdam rayonunun Abdal-Gülablı kəndində doğulub.
Onun oxuduğu "Ay Bəri Bax", "Uca Dağlar", "Yar Bizə Qonaq Gələcək", "Ay Çiçək", "Sarı Bülbül" "Külək" kimi bir çox segahlar dillər əzbəridir.
Qeyd edək ki, xanəndə 1991-ci il sentyabr ayının 30-da avtomobil qəzasında dünyasını dəyişib.