20 Oktyabr 2019 12:45
1 493
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Emin Ağalarov Azərbaycana həsr olunmuş "Azərbaycan-101" layihəsini təqdim edib.

Teleqraf.com xəbər verir ki, Emin İnstaqram səhifəsində yeni layihə haqda məlumat verərək hər kəsi Azərbaycanın Müstəqillik Günü münasibəti ilə təbrik edib.

“Azərbaycan! Mən səni sevirəm! Bir daha bütün həmvətənlərimi Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə təbrik etmək istəyirəm! Harada olsaq da, həmişə Vətənimizi, evimizi, yaxınlarımızı, uşaqlığımızı, doğma torpaqlarımızı düşünür və xatırlayırıq ... Azərbaycan, hamımızı birləşdirdiyin üçün çox sağ ol! Bu il Cümhuriyyətin 101 yaşı tamam olur! Biz səmimi qəlbdən və ən isti duyğularla bu musiqi hədiyyəsini hazırladıq...Bu layihədə iştirak edən hər kəsə təşəkkür edirəm", - deyə o vurğulayıb.

Xalq artisti mahnının müəlliflərinə - söz yazarı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya və bəstəkar Ruslan Ağababayevə xüsusi təşəkkür etdiyini qeyd edib.


Müəllif: Teleqraf.com