Bu gün Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının iştirakı ilə konsert keçiriləcək
Teleqraf.com xəbər verir ki, Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan konsertdə Röya, Miri Yusif, Murad Arif, “Natiq” ritm qrupu, “Mirvari” rəqs qrupu çıxış edəcək.
Müğənni-bəstəkar EMİN, Rusiyada yaşayıb-fəaliyyət göstərən tanınmış azərbaycanlı ifaçılar Bahh Tee (Bəxtiyar Əliyev), Ellai (Elvin Əliyev), Elman (Elman Zeynalov) konsertin xüsusi qonaqları olacaq.
19:00-da başlayacaq konsertə giriş sərbəstdir.