24 Noyabr 2019 18:28
1 658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanlı məşhur sənətçi Yulduz Turdieva Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında keçirdiyi "Sülh çeşməsi" əməliyyatına dəstək verib.

Teleqraf.com xəbər verir ki, Heydər Əliyev Sarayında təşkil edilən “Özbəkistandan sevgilərlə” adlı konsert programında Özbəkistan, Türkiyə və Azərbaycan qardaşlığına dair müsbət mesajlar verib.

Özbəkistanın Xalq artisti Yulduz Turdieva konsert proqramında Türk sənətçi Pınar Eliçe ilə duet oxuyub. Duet zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Erdoğan ilə Özbəkistanda “Beraber yürüdük biz bu yollarda” mahnısını oxuduğu xatırladılaraq səhnədə təkrar birlikdə oxunub.

Konsertin ardından Türkiyə səfirliyinin mətbuat müşaviri Hüseyin Altınalan ilə görüşən Turdieva Türkiyənin terrorla mübarizəsinə dəstək verdiyini bildirib. Altınalanın "Bu dəstəyi əsgər salamı verərək göstərməyiniz mümkündürmü?" xahişi özbəkistanlı sənətçi və orkestra üzvləri tərəfindən alqışlarla qarşılanıb.

Turdieva və orkestra üzvləri Türk əsgərinə və Türkiyənin cənubunda yaradılmağa çalışılan terror dəhlizini yox etmək məqsədilə keçirilən "Sülh çeşməsi" əməliyyatına dəstəklərini ifadə etmək üçün əsgər salamı verib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər