13 Dekabr 2020 00:05
2 842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur repçi Orxan Zeynallı (AiD) Türkiyənin Daxili İşlər Nazirliyi Baş Polis İdarəsinin Qarabağa həsr etdiyi videoçarxla bağlı sosial mediada maraqlı detalı çıqlayıb.

Teleqraf.com xəbər verir ki, repçi çarxdan istifadə olunan “Torpaqdan ev” mahnısı üçün ondan rəsmi icazə aldıqlarını vurğulayıb.

"Türkiyənin Daxili İşlər Nazirliyi Baş Polis İdarəsi ordumuza dəstək naminə xüsusi video hazırlayıb və “Torpaqdan Ev” mahnısından istifadə edib. Çox qürurvericidir...Ən maraqlısı isə odur ki, əvvəlcədən rəsmi səhifəmə yazıb icazə almışdılar".

“Bitir soyuq qış, üfüqdə görünür yay, Qarabağ.

Olmaz bir qarışından düşmənə pay, Qarabağ"...


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər