Tanınmış gənc xanəndə Ayşən Mehdiyeva oğluna həsr etdiyi mahnı və klipi üzə çıxarıb. Teleqraf.com xəbər verir ki, mahnının söz və musiqisi Ayşən Mehdiyeva, aranjimanı isə Rübail Əzimova məxsusdur.
Klipdə xanəndənin özü, oğlu və həyat yoldaşı ilə çəkdirdikləri fotolar, videolar yer alır.
Mahnını bəstəkar kimi ilk təcrübəsi adlandıran xanəndə onun yaranma tarixçəsindən danışıb: “Bu mənim ilk təcrübəmdir. Mahnını bəstələdim və düşündüm ki, onu heç kim bəyənməyəcək. Bir neçə nəfər dinlədi, ən sonda Gülyaz xanım qulaq asdı. O, çox şeyə sonadək qulaq asan deyil. Oturub axıra qədər mahnıya qulaq asdı, sonda dedi “çox gözəldir”. Elə bir insan dedisə, deməli, nəsə var”.
Teleqraf.com klipi təqdim edir:
Nərmin