29 İyul 2020 17:57
3 604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 29-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı–Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı–Qəbələ hissəsinin yenidən qurulması layihəsi ilə tanış olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov layihə üzrə görüləcək işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, respublikanın mühüm turizm bölgələrinə gedən və ilk dəfə ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə salınmış bu yolun yenidən qurulması Prezident İlham Əliyevin bundan əvvəlki səfəri zamanı verdiyi tapşırığa əsasən layihələndirilib. Ümumi uzunluğu 85,6 kilometr olan bu yol yenidənqurma nəticəsində 9 kilometr qısalacaq. Yol genişləndirilərək 4 hərəkət zolağından ibarət olacaq. Ağsuçay çayı üzərində uzunluğu 634 metr olan yeni körpü tikiləcək.

Prezident ilham Əliyev yolun uzunömürlü və davam olması, sürüşkən ərazilərdə tikinti işlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlarını verdi.

***

12:05

İsmayıllı rayonunun Muğanlı-İsmayıllı (30 km)-Təzəkənd-Ağbulaq-Qoşakənd avtomobil yolu (8 km) yenidənqurmadan sonra istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Tədbir çərçivəsində Qaraməryəm-İsmayıllı-Şəki (27 km)-Quşencə-Zoğallıq avtomobil yolunun da təqdimatı olub.


Müəllif: Teleqraf.com