Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkoya təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, mətndə deyilir:
"Hörmətli Aleksandr Qriqoryeviç,
Belarus Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Seçkilərin nəticələri Belarus vətəndaşlarının Sizə yüksək etimadını, ölkənizin inkişafı naminə yürütdüyünüz siyasi xəttə geniş xalq dəstəyini bir daha təsdiq etdi.
İnanıram ki, bu inamlı qələbəniz qardaş Belarusun çiçəklənməsinə və onun beynəlxalq mövqelərinin daha da güclənməsinə xidmət edəcək, xalqlarımız arasında dostluq ənənələrinə əsaslanan Azərbaycan-Belarus strateji tərəfdaşlıq və hərtərəfli əməkdaşlığının davamlı inkişafına töhfə verəcəkdir.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Belarus xalqının rifahı naminə fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram".