13 Avqust 2020 16:03
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiq edib.

Teleqraf.com-un məlumatına görə, “İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1888) aşağıdakı dəyişikliklər edilib:

1. 1-ci maddədə hər iki halda “128 235 400,0” rəqəmləri “151 235 400,0” rəqəmləri ilə əvəz edilsin.

2. 2-ci maddə üzrə:

2.1. 1.1-ci və 1.2-ci bəndlərdə “17 834 800,0” rəqəmləri “17 662 900,0” rəqəmləri ilə əvəz edilsin;

2.2. 1.3-cü bənddə “76 200 000,0” rəqəmləri “76 543 800,0” rəqəmləri ilə əvəz edilsin;

2.3. 3-cü hissədə “16 335 800,0” rəqəmləri “39 335 800,0” rəqəmləri ilə əvəz edilsin.

3. 3-cü maddə üzrə:

3.1. 1-ci hissədə “5 000 000,0” rəqəmləri “10 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.2. 2-ci hissədə “5 000 000,0” rəqəmləri “7 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.3. 5-ci hissədə “2 000 000,0” rəqəmləri “3 000 000,0” rəqəmləri ilə əvəz edilsin;

3.4. 6-cı hissədə “63 735 400,0” rəqəmləri “78 735 400,0” rəqəmləri ilə əvəz edilsin.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər