Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un xəbərinə görə, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib::
“general-leytenant” hərbi rütbəsi
general-mayor Araz Məmməd oğlu Məmmədova
general-mayor Firuz Böyükağa oğlu Şirin-zadəyə
general-mayor Niyaməddin Məhərrəm oğlu Tağıyevə
“general-mayor” hərbi rütbəsi
polkovnik Aqşin Ramiz oğlu Məhərrəmova
polkovnik Müzəffər Ələsgər oğlu Pirizadəyə.