29 Avqust 2020 14:34
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son dövrlər Ermənistanın silahlanması istiqamətində atılan addımlar Azərbaycan Respublikasını ciddi şəkildə narahat edir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

Hikmət Hacıyev qeyd edib ki, Prezident İlham Əliyev Rusiya dövlət başçısı Valdimir Putinlə telefon söhbəti zamanı bu məsələyə aydınlıq gətirilməsini istəyib: “Müxtəlif istiqamətlərdə intensiv şəkildə Rusiyadan yüklərin daşınması həyata keçirilir ki, bu, Azərbaycan ictimaiyyətini, Azərbaycan xalqını ciddi narahat edir".

Prezident köməkçisi vurğulayıb ki, Rusiya tərəfinin açıqlamaları Azərbaycan üçün tam qaneedici deyil: "Bizim suallarımız açıq qalmaqda davam edir. Biz məsələnin daha səmimi və açıq şəkildə izah olunmasını gözləyirik ki, nəyə görə və hansı əsaslarla Ermənistanın intensiv şəkildə silahlandırılması davam etdirilir...

Ermənistanın Tovuz hadisələri zamanı təcavüzü və Azərbaycan ərazilərinin işğalını davam etdirməsi bu dövlətin bir daha xistlətini göstərdi. Guya uçuş reysləri vasitəsilə Ermənistandakı Rusiya hərbi bazası üçün tikinti materiallarının daşınması barədə məqamlar da bizi qane etmir.

Hesab edirik ki, tikinti materiallarının daşınması üçün intensiv hava uçuşlarının keçirilməsinə ehtiyac yoxdur. Bunun üçün daha effektiv vasitələr mövcuddur”.


Müəllif: Aysel Azad