31 Dekabr 2020 14:54
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev "Ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" fərman imzalayıb.

Teleqraf.com-un məlumatına görə, ümumi səbəblərdən I dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib və onun aylıq məbləği 210 manat müəyyən olunub.

Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər