8 Fevral 2021 11:15
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov fevralın 8-də Naxçıvan Muxtar Respublikası təltiflərinin verilməsi haqqında Sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafında səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilib:

Əliyeva Səbahət Əli qızı

Nəcəfova Tərlan Məhəmməd qızı

Zeynalova İradə İsmayıl qızı − “Əməkdar müəllim” fəxri adı ilə;

Tarverdiyev Məhərrəm Novruz oğlu – “Əməkdar həkim” fəxri adı ilə;

Novruzov Elxan Yunis oğlu – “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə;

Xıdırov Əhliman Mehman oğlu – “Əməkdar hüquqşünas” fəxri adı ilə;

Rzayeva Xoşqədəm Hüseyn qızı – “Əməkdar tibb işçisi” fəxri adı ilə;

Hüseynova Mehparə Səfər qızı – “Əməkdar kənd təsərrüfatı işçisi” fəxri adı ilə;

Mehdiyev Samir Əyyub oğlu – “Rəşadətli əməyə görə” nişanı ilə təltif ediliblər.

Qeyd edək ki, fevralın 9-u Naxçıvan Muxtar Respublikasının yaradılmasının 97-ci ildönümüdür.


Müəllif: Teleqraf.com