8 Avqust 2021 14:16
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 14 nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı Türkiyəyə başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, Ceyhun Bayramov bu barədə özünün tvitter hesabında yazıb.

“Qardaş Türkiyənin Balıkesir şəhərində faciəvi avtobus qəzası xəbərini böyük kədərlə qarşıladıq. Qəza nəticəsində vəfat edən 14 nəfərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı bildirir, yaralılara Allahdan şəfa diləyirik”, - deyə Ceyhun Bayramov qeyd edib.


Müəllif: Teleqraf.com