21 Avqust 2021 17:48
609
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

Teleqraf.com-un xəbərinə görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə, Təhsil Nazirliyinin kollegiyasının tərkibi 7 nəfərdən 9-a qaldırılıb.

Belə ki, “Kollegiyanın üzvləri” bölməsində “ Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini” sözləri isə “Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru” sözləri ilə əvəz edilib.

Bundan əlavə, kollegiyasının tərkibinə Təhsil İnstitutunun direktoru və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər