Prezident İlham Əliyev Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri Vaqif Sadıqovun eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Azərbaycanın Belçikada fövqəladə və səlahiyyətli səfiri Vaqif İsmayıl oğlu Sadıqov eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı təyin edilsin.