15 Oktyabr 2021 13:02
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası üzrə Ermənistan ilə danışıqlara başlamağa hazırdır".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin (MDB) Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasından çıxışı zamanı bildirib.

“Müharibə və münaqişə tarixdə qaldı. Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyası və sülh razılaşması üzrə Ermənistan ilə danışıqlara başlamağa hazırıq. Qalib ölkə olaraq Azərbaycan Ermənistan ilə münasibətlərin normallaşdırılmasına hazırdır. Ümid edirik ki, Ermənistan rəhbərliyi bu tarixi şansı əldən qaçırmayacaq”, - dövlət başçısı deyib.


Müəllif: Teleqraf.com