20 Oktyabr 2021 17:57
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev oktyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Teleqraf.com xəbər verir ki, Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonunda yerləşən Zəngilan şəhərinin Baş planının hazırlanması üçün Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ilkin olaraq 500 min manat ayrılıb.


Müəllif: Teleqraf.com