Türkiyənin ixrac etdiyi məhsullar üçün “Made in Turkey” deyil, “Made in Türkiye” ifadəsi işlədiləcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident Rəcəb Tayyib Ərdoğanın imzaladığı qərar “Rəsmi Qəzet”də dərc olunub.
Bundan əlavə yeni tərtibata görə, hər cür fəaliyyət və yazışmalarda, xüsusən də digər dövlətlər, eləcə də beynəlxalq qurum və təşkilatlarla rəsmi əlaqələrdə “Turkey”, “Turquie”, “Turkei” və buna bənzər ifadələr yerinə “Türkiye” ifadəsinin işlədilməsinə diqqət yetiriləcək.