Prezident İlham Əliyev Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin müəllimlərinin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında təhsil sahəsində əlaqələrin inkişafında xidmətlərinə görə Rusiya Federasiyası Həştərxan şəhəri Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbinin aşağıdakı müəllimləri “Tərəqqi” medalı ilə təltif edilib:
Auslender Raisa Markovna
Boqdyuk Larisa Anatolyevna
Maxmutova Yelena Borisovna
Melyuçenkova Anna Vyaçeslavovna.