Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı təbrik edib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı XİN tviter hesabında paylaşım edib.
“Qardaş Pakistan İslam Respublikasını Milli Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, bu çox xüsusi münasibətlə uğurlar və firavanlıq arzulayırıq. Milli Gününüz mübarək, Pakistan!” - paylaşımda qeyd olunub.