2 May 2022 13:30
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın irəli sürdüyü 5 prinsip Ermənistan tərəfinin qəbul edilib.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 2-də Fransanın Xarici İşlər Nazirliyinin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokföyü qəbul edərkən deyib.

Dövlət başçısı sülh müqaviləsi ilə bağlı danışıqların başlanılması üzrə Azərbaycan nümayəndə heyətinin hazır olduğunu bildirib.

Görüşdə postmünaqişə dövrü və Azərbaycan ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üçün danışıqların aparılması, sərhədlərin delimitasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Söhbət zamanı Azərbaycan-Fransa münasibətlərinə toxunulub. Prezident İlham Əliyev ötən ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronla Brüsseldə görüşünü və bu ilin fevralında videoformatda görüşünü qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər