Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Vilayət Quliyev 1952-ci il noyabrın 5-də Ağcabədi rayonunda fəhlə ailəsində anadan olub.
1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru (1990), M.F.Axundov adına ədəbi mükafat laureatı (1989) olan Vilayət Quliyev 1999–2004-cü illərdə Xarici ilər naziri vəzifəsini tutub.
Daha sonra Azərbaycanın Polşadakı fövqəladə və səlahiyyətli səfiri (2004–2010), ardınca Azərbaycanın Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri (2010–2021) olub.