21 İyun 2022 19:33
393
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Yaponiya baş nazirinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə müşaviri Takeo Akiba ilə görüşüb.

Teleqraf.com-un xəbərinə görə, bu barədə Azərbaycanın Yaponiyadakı Səfirliyi tviter səhifəsində məlumat yayıb.

Görüş zamanı Cənubi Qafqazda münaqişədən sonrakı vəziyyət və sülh quruculuğuna mümkün töhfələr müzakirə edilib.


Müəllif: Teleqraf.com