27 İyun 2022 10:42
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kəlbəcər şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyub.

Teleqraf.com xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov dövlət başçısına Kəlbəcər şəhərinin Baş planı barədə məlumat verib.

Bildirildi ki, Kəlbəcər şəhərinin Baş planının hazırlanması zamanı onun özünəməxsus simasının formalaşdırılması üçün ərazinin coğrafi yerləşməsinə, quruluşuna uyğun olaraq müxtəlif memarlıq ənənələri də araşdırılıb, tətbiq edilə biləcək nümunələrlə bağlı təkliflər verilib. Baş planın konseptual əsasını sağlamlıq və dağ turizmi imkanlarının inkişafı, təbiətlə vəhdətdə yaşıl şəhər mühitinin yaradılması təşkil edir. Şəhərin mərkəzi hissəsində çoxmənzilli binalar, ətraflara doğru isə həyətyanı sahəsi olan fərdi evlər inşa olunacaq. Növbəti 20 il ərzində Kəlbəcər şəhərinin ərazisinin 237 hektara, əhalisinin sayının isə 17 min nəfərə çatacağı proqnozlaşdırılır.

Sonra “ACN” şirkətinin icraçı direktoru Laura Konti Kəlbəcər şəhərində inşa olunacaq İşğal və Zəfər muzeyləri kompleksi barədə məlumat verdi. Qeyd olundu ki, hər iki muzey şəhərin mərkəzində salınacaq parkda tikiləcək.

Dövlətimizin başçısı İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoydu.

***

Kəlbəcərdə səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyevə şəhərin baş planı təqdim edilib.

Teleqraf.com xəbər verir ki, sonra Prezident Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyub, tikilməkdə olan “Çıraq-1” kiçik su elektrik stansiyasında olub. Burada dövlətimizin başçısına hazırda rayonda 5 yerdə inşa edilən elektrik stansiyaları barədə məlumat verilib.


Müəllif: Teleqraf.com