27 İyun 2022 10:40
653
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Türkiyə və Qazaxıstanın xarici işlər nazirləri və nəqliyyat sahəsi üzrə məsul nazirlərinin birinci üçtərəfli toplantısının nəticəsi olaraq Bakı Bəyannaməsi imzalanıb.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, imzalanan sənəd nəqliyyat və kommunikasiya sahələrini ehtiva edir.


Müəllif: Teleqraf.com