6 İyul 2022 16:52
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakının Ramana qəsəbəsində görülən abadlıq işləri ilə tanış olub. “Bakı Abadlıq Xidməti” MMC-nin baş direktoru Bünyad Qasımov qəsəbədə görülən işlər barədə Prezidentə məlumat verib.

Teleqraf.com xəbər verir ki, Prezident Ramanadakı evlərdən birinin həyətində qəsəbə sakini ilə söhbət edib.

Həmin söhbəti təqdim edirik:

Prezident İlham Əliyev: Salam, necəsən?

Sakin: Sağ olun, yaxşıyam.

Prezident İlham Əliyev: Sənin evindir?

Sakin: Bəli. Yeni abadlaşdırılmış Ramana kəndimizə xoş gəlmisiniz. Hər zaman Siz gələsiniz.

Prezident İlham Əliyev: Çox sağ ol.

Sakin: Gördüyünüz bu evdə şəhid əmim Allahverdi Allahverdiyev qalıb.

Prezident İlham Əliyev: Birinci Qarabağ müharibəsi şəhidi?

Sakin: Bəli, Birinci Qarabağ müharibəsinin veteranı Fərzəli Fərzəliyev babamdır, əmim də var Namiq Allahverdiyev, o da müharibə veteranıdır.

Prezident İlham Əliyev: Sən bu işlə də məşğul olursan?

Sakin: Bəli, cənab Prezident.

Bünyad Qasımov: Damcı üsulu ilə suvarmadır.

Prezident İlham Əliyev: Çiyələkdir?

Bünyad Qasımov: Bəli, çiyələkdir. Yenidir, 10-15 gün olar. Bir-iki aydan sonra buralar hamısı yaşıl olacaq, cənab Prezident.

Prezident İlham Əliyev: Çox yaxşı.

Bünyad Qasımov: Qışda göyərti, yayda da çiyələk əkilir.

Prezident İlham Əliyev: Görürəm bu ev də, həyəti də təmir olunub.

Bünyad Qasımov: Ümumiyyətlə, Sizin tapşırığınıza və göstərişinizə əsasən, evlərin damları, qapıları, divarları, darvazaları əsaslı təmir edilib. Şəhid və veteran ailələrinin evlərinə xüsusi diqqət yetirilib.

Prezident İlham Əliyev: Çox yaxşı. Sağ olun.


Müəllif: Teleqraf.com