25 İyul 12:03
466
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakıda keçirilən Qoşulmama Hərəkatı Gənclər Sammiti bu ölkələrin gəncləri arasında əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı fayda kəsb edən əməkdaşlıq baxımından mühüm əhəmiyyət kəsb edir".

Teleqraf.com xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Bakıda keçirilən Qoşulmama Hərəkatının Gənclər Sammitinin iştirakçılarına ünvanlanmış müraciətində yer alıb.

Müraciətdə Azərbaycanın gənclər siyasətinə xüsusi diqqət ayırdığı bildirilir, həmçinin Qoşulmama Hərəkatına sədrliyin müddətinin uzadılmasının Azərbaycana olan yüksək etimadın göstəricisi olduğu vurğulanır.


Müəllif: Teleqraf.com