1 Oktyabr 2022 13:34
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bolqarıstanın paytaxtı Sofiyada görüşü zamanı bildirib.

Rumıniyanın Baş naziri dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində Prezident İlham Əliyev Rumıniyanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.


Müəllif: Teleqraf.com