Azərbaycan və Qırğızıstan prezidentləri İlham Əliyev və Sadır Japarovun iştirakı ilə “Ala-Arça” dövlət iqamətgahında görüş başlayıb.
Teleqraf.com xəbər verir ki, görüş dövlət başçısının təntənəli qarşılanma mərasimindən sonra başlayıb.
Görüşün yekunu olaraq bir sıra sənədlər imzalanacaq, prezidentlər İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edəcəklər.