"Azərbaycan Qazaxıstanda Prezident Kasım-Jomart Tokayevin rəhbərliyi altında həyata keçirilən siyasi və sosial-iqtisadi islahatları dəstəkləyir".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında çıxışı zamanı bildirib.
Dövlət başçısı sammitə dəvətə və göstərdiyi qonaqpərvərliyə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.
“Qazaxıstan Prezidentinin Azərbaycana uğurlu səfəri zamanı biz ikitərəfli əməkdaşlığın cari məsələləri ilə bağlı səmərəli müzakirələr apardıq”, - İlham Əliyev xatırladıb.