18 Oktyabr 2022 16:13
540
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edib.

Teleqraf.com xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.

Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat və yaxud 11,9% artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb.

Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər