Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib.
Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, 45 yaşlı M.İmanova indiyədək Prezident yanında Elmin İnkişafı Fondunun İcraçı direktoru olub. Dövlət başçısının oktyabrın 15-də imzaladığı fərmanla Prezident yanında Elmin İnkişafı Fondunun əsasında “Azərbaycan Elm Fondu” publik hüquqi şəxs yaradılıb.