24 Oktyabr 2022 14:40
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əlbəttə, biz bu gün gələcək enerji siyasətimizlə bağlı geniş fikir mübadiləsi apardıq".

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 24-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə mətbuata birgə bəyanatla çıxışı zamanı deyib.

"Baş nazirin də qeyd etdiyi kimi həyata keçirilmiş layihələr artıq uğurla fəaliyyətdədir və biz yeni layihələr haqqında düşünürük. Biz qaz ixracatını dünya bazarlarına artırmaq fikrindəyik. Bu il 22 milyard kubmetr ixracımız olacaq, gələn il daha da artacaq. Bu ilin iyul ayında Avropa Komissiyası ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlığa dair memorandom göstərilir ki, növbəti 5 ildə Azərbaycan Avropaya qaz ixracatını 2 dəfə artıracaq. Yəni bizim niyyətimiz bundan ibarətdir, imkanlarımız da buna çatır", - dövlət başçısı bildirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər