Azərbaycanla Kamboca arasında diplomatik pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Kamboca Krallığı Hökuməti arasında diplomatik pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə qanunu təsdiqləyib.