Yerli icra hakimiyyəti başçısının səlahiyyətləri artırılıb.
Teleqraf.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.11.17-ci yarımbəndi yeni redaksiyada verilib.
Yeni redaksiyaya əsasən, yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək, ünvan reyestrinə daxil edilmiş ünvan rekvizitləri hesab olunan nəqliyyat infrastrukturu obyektlərinin adlarını və daşınmaz əmlak obyektlərinin nömrələrini əks etdirən ünvan lövhələrini Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”na uyğun olaraq hazırlamaq və yerləşdirmək, mövcud ünvan lövhələrinin qorunub saxlanılmasına nəzarət etmək və daşınmaz əmlak obyektlərində yerləşdirilmiş ünvan lövhələrinin mövcudluğunu müəyyənləşdirmək məqsədilə mütəmadi monitorinq keçirmək, ünvan lövhələrinin məhv edilməsi və ya zədələnməsi hallarını aşkar etdikdə, bu barədə aidiyyəti üzrə məlumat vermək səlahiyyəti olacaq.
Əsasnamənin əvvəlki variantında isə yerli icra hakimiyyəti başçısının yaşayış məntəqələrində küçə və meydanlara ad vermək, onların adlarını dəyişdirmək səlahiyyəti vardı.