Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin yaradılmasının 30 illik yubileyi münasibəti ilə və idmanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib:
Əliyev Vaqif Hüseynağa oğlu
Hüseynov Nazim Qalib oğlu.