23 Noyabr 2022 17:10
400
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir".

Teleqraf.com xəbər verir ki, bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Belqradda keçirilən mətbuat konfransında bildirib.

"Biz enerji təminatı baxımından Azərbaycana və Prezident İlham Əliyevə minnətdarlığımızı bildirmək istəyirik. Serbiya, əlbəttə ki, sadiq bir tərəfdaşdır", - Serbiya lideri vurğulayıb.

O qeyd edib ki, Azərbaycan və Prezident İlham Əliyev nəinki Serbiya üçün, eyni zamanda, hamı üçün tamamilə sadiq tərəfdaşdır:

"Müvafiq şəffaf protokollar imzalanmışdı, amma onun sözü bizim üçün yetərli idi. Biz Prezident İlham Əliyevin sözünə inanırıq, onun sözü imzasına bərabərdir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər