Ömər Həsən oğlu Eldarov 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.
Qeyd edək ki, Ö.Eldarov 1927-ci ilin dekabrın 21-i Dərbənd şəhərində anadan olub. Bu gün onun 95 yaşı tamam olur.