Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Fransa Respublikasının Prezidenti Emmanuel Makronla telefon danışığında Ermənistanın Azərbaycana məxsus 8 kəndi hələ də işğal altında saxladığını qeyd edib.
Teleqraf.com xəbər verir ki, Emmanuel Makron Fransanın Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsinə dəstək verməyə hazır olduğunu bildirib.