26 Yanvar 2023 14:18
471
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev “Gömrük tarifi haqqında” qanunda dəyişiklikləri təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə gömrük rüsumundan azad edilir.

Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilər üzrə idxalı gömrük rüsumlarından azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların siyahısını bir ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməli, qanundan irəli gələn digər məsələləri həll etməlidir.

***

Prezident İlham Əliyevin təsdiqlədiyi "Gömrük tarifi haqqında" qanuna edilmiş dəyişikliyə əsasən, siyahısı müvafiq icra hakimiyyəti orqanının (Elm və Təhsil Nazirliyi) müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad edilir.

Nazirlər Kabineti dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı gömrük rüsumlarından azad edilən avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin siyahısını bir ay müddətində təsdiq edib dövlət başçısına məlumat verməlidir.


Müəllif: Teleqraf.com