31 Yanvar 2023 17:32
610
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev 18 iyul 2018-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Maliyyə Monitorinqi Xidmətinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun tətbiq edilməsi barədə 23 fevral 2009-cu il tarixli fərmanının ləğv olunmasına dair fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, fərmana əsasən, Xidmətin fəaliyyətinin əsas məqsədi ölkədə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq üçün qanunla müəyyənləşdirilmiş tələblərə riayət olunmasına nəzarət etmək, müvafiq sahədə vahid tənzimləməni həyata keçirmək, habelə öhdəlik daşıyan şəxslərin, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının və digər dövlət orqanlarının (qurumlarının) fəaliyyətini əlaqələndirmək, şəffaflığı və səmərəliliyi təmin etməkdir.


Müəllif: Teleqraf.com