Azərbaycanın Baş naziri Əli Əsədov Li Çiana Çin Xalq Respublikası Dövlət Şurasının Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik məktubu ünvanlayıb.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Nazirlər Kabinetindən məlumat verilib.
"Məktubda Li Çiana fəaliyyətində uğurlar arzulanıb, Azərbaycan-Çin münasibətlərinin bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə və daha da möhkəmlənəcəyinə əminlik ifadə olunub", - məlumatda qeyd edilib.