18 Mart 2023 15:58
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin (FHN) Muğan Regional Mərkəzinin akt zalında şəxsi heyətin iştirakı ilə “Heydər Əliyev İli”nə həsr olunmuş “Azərbaycan - Ümummilli Liderin şah əsəri” mövzusunda tədbir keçirilib.

Bu barədə Teleqraf.com-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, əvvəlcə tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbirdə Muğan Regional Mərkəzinin rəisi polkovnik Vüqar Ağayev və digər çıxış edənlər ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən ətraflı danışıb, ölkəmizin müstəqilliyi və tərəqqisi yolunda misilsiz xidmətlərindən söz açıblar.

Qeyd edilib ki, hələ sağlığında hər bir azərbaycanlının qəlbində özünə əbədi abidə ucaltmış ulu öndərin zəngin ictimai-siyasi fəaliyyəti müstəqil Azərbaycanın bütün vətəndaşları üçün əsl həyat məktəbi, xalqa və dövlətçilik ideallarına sədaqət və məhəbbətin parlaq nümunəsidir.

Çıxış edənlər xüsusi vurğulayıblar ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Azərbaycan qüdrətli bir dövlətə çevrilib, beynəlxalq münasibətlər məkanında, dünya dövlətləri arasında öz layiqli yerini tutub.

Tədbirin sonunda ulu öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər